Şamaxı rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
23 İyun 2025-ci il tarixində Şamaxı rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.
Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətində təşkil olunmuş tədbirdə çıxış edənlər bu gün sürətlə inkişaf edən ölkəmizdə dövlət idarəetməsi sahəsində görülmüş işlərdən, idarəetmədəki müasir tələblərdən, yeni standartlardan, məmur- vətəndaş münasibətlərindən, dövlət qulluqçularının sosial-rifah halının yaxşılaşdırılması sahəsində aparılan islahatlardan geniş söhbət açaraq rayonda fəaliyyət göstərən dövlət strukturlarında çalışan bütün dövlət qulluqçularını peşə bayramları günü münasibəti ilə təbrik ediblər.
Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənən bir neçə dövlət qulluqçusu rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman ilə təltif olunub.






