Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda 8 Noyabr - Zəfər günü münasibətilə təntənəli tədbir keçirilib

08 noyabr 2024 | 14:36

8 Noyabr - Zəfər günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. Təbdirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Şəhidlər xiyabanını və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər.

Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respulikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şanlı Zəfər münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bu qələbənin Azərbaycan tarixində böyük əhəmiyyəti və əvəzolunmaz yeri barədə geniş danışıb. Natiq cıxışında həmçinin İkinci Qarabağ müharibəsində qazanılan böyük qələbənin xalqımızın yenilməzliyi və dövlətin qüdrətinin təntənəsi olmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhraman əsgərlərimizin 44 gün davam edən Vətən müharibəsində tarixin möhtəşəm salnaməsini yaratdığnını, Azərbaycan xalqının bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdiyini bildirib.

Rəsmi hissədən sonra mədəniyyət və  incəsənət xadimlərinin iştirakı ilə 8 Noyabr - Zəfər gününə həsr olunmuş konsert proqramı tədbir iştirakçılarına təqdim olunub.

Keçidlər