Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda 8 Noyabr - Zəfər günü münasibətilə silsilə tədbirlər davam edir

04 noyabr 2022 | 17:14

8 Noyabr - Zəfər gününə həsr olunmuş silsilə tədbirlərdən biri də noyabrın 4-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilib.

Təbdirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən bəhs edib, Vətən müharibəsinin xalqımızın tarixinin şanlı səhifəsi kimi gələcək nəsillərə örnək göstəriləcəyini bildirib.

Sonra çıxış edən natiqlər, vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini xalqımız tərəfindən daim əziz tutulacağından, dövlətimiz tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıblar.

Tədbirdə şəhid valideynləri çıxış edərək övladlarının şərəfli döyüş yolundan danışıb, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində şəhidlərin ailələri və müharibə əlillərinə xatirə plaketləri və hədiyyələr təqdim olunub.

Daha sonra tədbir Şamaxı Dövlət Regional Kollecinin tələbələrinin hazırladığı musiqi proqramı ilə davam etdirilib.

Keçidlər