Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda 27 sentyabr - Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi yad edilib

27 sentyabr 2023 | 18:19

27 sentyabr - Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.

Tədbirin rəsmi hissəsində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin nümayəndəsi Hafiz Ədilov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid valideynləri - Rza Nəbiyev, Nəzimə Orucova, Sübhan Allahverdiyev, Pakizə Zərbəliyeva və Faiq Ələkbərov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova və Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhmət Mustafayev çıxış edərək qəhramancasına həlak olan şəhidlərin xatirəsini yad edib onların keçdiyi şərəfli yoldan söz açmışlar. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağının sancıldığı əzəli və əbədi yurd yerlərimizin yenidən canlanacağına inandıqlarını bildiriblər.

Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə Şamaxı Cümə Məscidində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.

Eyni zamanda ilk döyüş günü şəhidlərinin ailələri ziyarət olunub.

Keçidlər