“Şamaxı rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib
Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə 15.12.2022-ci il tarixdə Şamaxı rayon Mədəniyyət Mərkəzində “Şamaxı rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, FHN-in Şimal-Qərb Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik-leytenant Eldəniz Mehdiyev, FHN-in Şimal-Qərb Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri mayor Sərvan Əsədov, idarə, müəssisə, təşkilat, yerli və özünü idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.
Müşavirə zamanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov mülki müdafiə məsələlərinin əhəmiyyətini qeyd edib, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali və ərazilərin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunduğunu vurğulayıb. Şimal-Qərb Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin rəisi polkovnik-leytenant Eldəniz Mehdiyev 2022-ci ildə mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə əhatəli məlumat verib.
Müşavirədə mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunması, mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsi, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, əhalinin və işçilərin ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmasına və fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi müzakirə edilib.