Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonu Yeni ilə hazırlaşır

23 dekabr 2022 | 15:07

Yeni il münasibətilə Şamaxı şəhərinin küçə və prospektlərində al-əlvan bayram atributları quraşdırılıb.

Rayonun küçə və meydanlarında Yeni ilin gəlişi ilə əlaqədar hazırlıq işləri görülüb. Şəhərin girişində, eləcə də yeni salınmış dairəvi yolun ətrafında və Heydər Əliyev Parkında müasir işıqlandırma sistemlərindən istifadə edilməklə Yeni il atributları və müxtəlif dizaynda bəzədilmiş əyləncəli qurğular quraşdırılıb. Küçə və prospektlərin bayram atributları ilə bəzədilməsi rayon sakinləri ilə yanaşı, qonaqların da zövqünü oxşayır və marağa səbəb olur.

Keçidlər