Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

06 may 2026 | 18:22
 
Şamaxı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
 
Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutan tibbi aksiya talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib.
 
Hər bir donor əvvəlcə həkim-hematoloqlar tərəfindən zəruri müayinələrdən keçirilib, sağlamlıq göstəriciləri yoxlanıldıqdan sonra qanvermə prosesinə cəlb olunub. 
 
Tibbi prosedurlar müvafiq sanitar-gigiyena qaydalarına uyğun şəkildə həyata keçirilib.
 
Şamaxı sakinləri aksiyada fəal iştirak ediblər. Rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif qurumların əməkdaşları könüllü olaraq qan veriblər.
 
Aksiya çərçivəsində 150-dən çox şəxs donor kimi iştirak edib. Toplanan qan nümunələri müvafiq yoxlamalardan keçirildikdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Keçidlər