Şamaxı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrı C.Cabbarlının “Solğun çiçəklər” adlı əsəri əsasında eyniadlı tamaşanı nümayiş edib
10 mart 2025 | 18:30
Şamaxı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrı C.Cabbarlının “Solğun çiçəklər” adlı əsəri əsasında eyniadlı tamaşanı nümayiş edib.
Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Rollarda Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev çıxış ediblər.
Aktyorların ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.