Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon İcra Hakimiyyətinin və İctimai Şuranın birgə toplantısı keçirilib

11 iyul 2023 | 18:11

11 iyul 2023-cü il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin və İctimai Şuranın birgə toplantı keçirilib.

Toplantıda rayon icra hakimiyyəti başçısı aparatının müvafiq şöbələrinin əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, İctimai Şuranın üzvləri, aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak ediblər.

“Əhalinin sosial-məişət məsələlərinin həlli, qanunsuz tikililər, yay aylarında artan yanğınlar, sanitar epidemioloji vəziyyətin tənzimlənməsi, o cümlədən tullantıların vaxtında daşınması sahəsində icra nümayəndələri və bələdiyyə orqanlarının fəaliyyət istiqamətləri” mövzusunda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov problemləri ətraflı təhlil etməklə qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışıb.

Mövzu ətrafında müzakirələrdə rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor vəzifəsini icra edən Beyrək Fərəcov, rayon icra hakimiyyəti başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Feyzullayev, Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Sabir Mikayılov və İctimai Şuranın sədri Eybalı Ağayev çıxış ediblər.

Bütün məsələlər təhlil edildikdən sonra rayon icra hakimiyyəti başçısı tərəfindən əlaqədar orqanlara nöqsanların aradan qaldırılması barədə tapşırıqlar verilib.

Keçidlər