Şamaxı Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə müəllim və şagirdlərin iştirakı ilə görüş keçirilib
15 may 2026-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə Şamaxı şəhər 10 saylı tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, RİH yanında İctimai Şuranın sədr müavini Nəzakət Abdurazaqova, rayon üzrə Təhsil Sektorunun müdiri Məsud Babayev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Səbuhi Həsənov, RİH yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Yasin Fərhadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Şamaxı rayonu üzrə nümayəndələri Fuad Mərdanlı və Ayan Alıyeva ailənin cəmiyyətin əsas dayağı, milli-mənəvi dəyərlərin formalaşdığı ilk mühit olduğunu bildirərək, sağlam ailə münasibətlərinin insanların sosial rifahına, uşaqların düzgün tərbiyəsinə və gələcək nəslin inkişafına mühüm təsir göstərdiyini qeyd ediblər. Bildirilib ki, müasir dövrdə ailə institutunun qorunması, qarşılıqlı hörmət, sevgi və məsuliyyət prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda çıxışlarda ailədaxili münasibətlərin formalaşmasında mənəvi dəyərlərin mühüm rolu vurğulanıb, uşaq və gənclərin ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, sağlam ailə sağlam gələcəyin əsas təminatıdır. Bununla yanaşı, ailə institutuna mənfi təsir göstərən erkən nikahlar, zərərli vərdişlər və onların yaratdığı sosial fəsadlar barədə geniş məlumat verilib.
Tədbir iştirakçıların qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.






