Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Quşçu kənd sakinləri ilə keçirilib

03 aprel 2025 | 16:44

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Quşçu kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Quşçu kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Quşçu kənd sakinləri tərəfindən əsasən əhalinin su təminatında yaranan problemlər və kənd məktəbinin yeni korpusunun inşası ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər