Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Ovçulu kənd sakinləri ilə keçirilib

13 mart 2025 | 17:30

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Ovçulu kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Ovçulu kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Ovçulu kənd sakinləri tərəfindən əsasən elektrik enerjisi təsərrüfatının yenilənməsi və rayon mərkəzi ilə kəndi birləşdirən yolun üzərində yol nişanlarının quraşdırılması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər