Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun İkinci Cabanı kənd sakinləri ilə keçirilib

15 may 2025 | 15:55

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun İkinci Cabanı kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və İkinci Cabanı kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı rayonun İkinci Cabanı kənd sakinləri tərəfindən əsasən kəndə gedən yolun işıqlandırılması, kəndə marşrut xəttinin açılması, kənd tibb məntəqəsinin və kənd məktəbi üçün idman zalının inşası ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər