Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Birinci Çaylı kənd sakinləri ilə keçirilib
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Birinci Çaylı kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Birinci Çaylı kənd sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Birinci Çaylı kənd sakinləri tərəfindən əsasən elektrik enerjisi infrastrukturunun və kənddaxili yolların yenilənməsi ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.