Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Dürdanə Mirzəyevanın təqaüdə göndərilməsi ilə bağlı tədbir keçirilib

08 oktyabr 2025 | 18:04

Şamaxı RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Dürdanə Mirzəyevanın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq çalışmanın son yaş həddinə çatması ilə bağlı keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və aparatın kollektivi iştirak edib.

Tədbirdə çıxış edənlər Dürdanə Mirzəyevanın keçdiyi şərəfli həyat yolundan, onun rayonun ictimai-siyasi həyatında, həmçinin dövlət idarəçiliyi sahəsində göstərdiyi xidmətlərindən geniş söhbət açıblar.

Dürdanə Mirzəyeva ona göstərilən diqqətə və uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətini qiymətləndirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlığını və təşəkkürünü bildirdi.

Tədbirin sonunda Dürdanə Mirzəyevaya uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Fəxri Fərman təqdim olunub.

Keçidlər