Şamaxı rayon gəncləri ilə “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi üzrə görüş keçirilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi üzrə səfərləri davam edir.
“Technest” Təqaüd Proqramı çərçivəsində Azərbaycanın 60 regionuna edilən səfərlərdə bölgələrdə yaşayan İKT həvəskarları, eyni zamanda bu sahədə çalışan, tədris alan gənclərlə görüş keçirilir.
17 yanvar 2023-cü ildə tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində növbəti səfəri Şamaxı rayonuna olub. “Technest” Təqaüd Proqramı çərçivəsində keçirilən səfər zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə görüş baş tutub. 100-dən çox region sakininin iştirak etdiyi tədbirdə “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri, eyni zamanda “DİV Academy” tədris mərkəzinin nümayəndələri yer alıb. Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə “DİV Academy” tərəfindən yerindəcə imtahan keçirilib.