Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib

21 iyun 2022 | 18:07

Şamaxı rayon Mədəniyyət Mərkəzində rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov və rayon ağsaqqalları iştirak edilər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Sonra Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanovun hesabat məruzəsi dinlənilib. Natiq çıxışında rayon Ağsaqqallar Şurasının  illik fəaliyyətindən və qarşıda duran məsələlərdən  geniş söhbət açıb.

Tədbirdə millət vəkili Eldar İbrahimov və professor Əlikram Abdullayev çıxış edərək Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi qələbədən bəhs edilərək, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıblar.

Sonda çıxış edən rayon ağsaqqalı Babacan Zaidov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını bildirib.

Keçidlər