Şriftin ölçüsü :

Saytın rəngi :

"Şamaxı" futbol klubunun mükafatlandırılma mərasimi keçirilib

24 may 2024 | 09:01

Futbol üzrə Azərbaycan I liqasında 2023/2024-cü il mövsümünün qalibi "Şamaxı" komandasının mükafatlandırılma tədbiri keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Peşəkar Futbol Liqası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov, Azərbaycan Peşəkar Futbol Liqası prezidentinin müşaviri Məlik Həsənov, "Şamaxı" futbol klubunun idarə heyətinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və klubun azarkeşləri iştirak edib.

Şamaxı şəhər stadionunda təşkil olunmuş tədbirdə mədəniyyət və incəsənət kollektivlərinin nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Konsert proqramından sonra Azərbaycan I liqasında 2023/2024-cü il mövsümünün qalibi "Şamaxı" komandasının idmançılarına medallar və kubok təqdim olunub.

Keçidlər