Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbulu rayonun Qaravəlli kənd sakinləri ilə keçirilib

13 yanvar 2026 | 16:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən səyyar görüşlərin keçirilməsi davam edir.

Rayonun Qaravəlli kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Qaravəlli kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Qaravəlli kənd sakinləri tərəfindən əsasən kənd əhalisinin su təminatında yaranan problemlər və kənddə yeni bağça binasının inşası ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər