Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbulu rayonun Mirikənd kənd sakinləri ilə keçirilib

13 yanvar 2026 | 16:44

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Mirikənd kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Mirikənd kənd sakinləri tərəfindən əsasən kənddə məscidin tikilməsi, kənddaxili yolların bərpası və kənd yolunun magistral yol ilə birləşdiyi ərazidə hərəkətin tənzimlənməsi tədbirləri ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər