RİH başçısının növbəti səyyar qəbul-görüşü rayonun Meysəri kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar görüşlərin keçirilməsi davam edir. Növbəti belə görüş rayonun Meysəri kəndində keçirilib.
Səyyar görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə, o cümlədən Şamaxıda aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə kənd sakinlərinə məlumat verib.
Görüş zamanı sakinlərin arzu və istəkləri həssaslıqla dinlənilərək onları narahat edən məsələlərin aradan qaldırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.