Respublika Qan Bankının təşkilatçılığı ilə Şamaxıda qanvermə aksiyası keçirilib
12 sentyabr 2025 | 18:26
Respublika Qan Bankının təşkilatçılığı ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyanın məqsədi talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza dəstək olmaqdır.
Şamaxı sakinləri aksiyada böyük fəallıq nümayiş ediblər. İştirak edən hər bir donor əvvəlcə həkim tərəfindən tibbi müayinədən keçib, daha sonra qanvermə prosesinə qatılıb.
Şamaxıda aksiya çərçivəsində 200 nəfərdən ümumilikdə 70 litr qan ehtiyatı toplanıb.






