Rayonun Qızmeydan və Pirbəyli kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul keçirilib
29 avqust 2025 | 18:10
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Qızmeydan və Pirbəyli kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri, Qızmeydan və Pirbəyli kənd sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Qızmeydan və Pirbəyli kənd sakinləri tərəfindən əsasən kəndlərdə elektrik enerjisi təsərrüfatının yenilənməsi, kəndlərə gedən yolun təmiri və əhalinin içməli su təminatında yaranan problemlərlə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






