Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Muğanlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirilib

09 oktyabr 2025 | 16:49

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Muğanlı kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Muğanlı kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Muğanlı kənd sakinləri tərəfindən əsasən kənd tibb məntəqəsinin və uşaq bağçasının inşası, məişət tullantılarının daşınması və kəndin içindən keçən magistral yol üzərində avtobus dayanacaqlarının quraşdırılması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər