Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Mərzəndiyə kənd sakinləri ilə növbəti səyyar qəbul keçirilib

11 dekabr 2025 | 17:10

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Mərzəndiyə kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Mərzəndiyə kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Mərzəndiyə kənd sakinləri tərəfindən əsasən  yeni məktəb binasının tikilməsi ilə  bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər