Rayonun Dəmirçi kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş Rəcəb Quliyevin anım günündə şəhidlərimizin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub
Şamaxı rayonunun Dəmirçi kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş Rəcəb Quliyevin anım günündə şəhidlərimizin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, Azərbaycan Respublikasının əməkdar artisti Teymur Məmmədov, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Çıxışlarda şəhidin şərəfli həyat yolu barədə danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Rəcəb Quliyev və onun kimi şəhid Vətən oğullarının xatirəsinın xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!