Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Birinci Çağan və İkinci Çağan kənd sakinləri ilə növbəti səyyar qəbul keçirilib

03 iyul 2025 | 18:35

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Birinci Çağan və İkinci Çağan kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri, Birinci Çağan və İkinci Çağan kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Birinci Çağan və İkinci Çağan kənd sakinləri tərəfindən əsasən kəndlərə gedən yollarıın asfaltlaşması, kəndlərin qazlaşması və kəndlərdə müasir rabitə infrastrukturunun yaradılması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər