Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Mədəniyyət Mərkəzinin səhnəsində C.Məmmədquluzadənin “Anamın kitabı” adlı əsəri əsasında eyniadlı tamaşa nümayiş olunub

21 may 2024 | 18:22

Şamaxı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrı C.Məmmədquluzadənin “Anamın kitabı” adlı əsəri əsasında eyniadlı tamaşanı nümayiş edib.

Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rollarda Xanirə İskəndərova, Orxan Abışov, Nihad Heybətov, Türkay Cəfərli, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Rasəf Mehdiyev, Vüsal Məmmədov, Emin Sevdiməliyev, Gündüz Qasımov və Mobil Qurbanov çıxış ediblər. Aktyorların ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər