Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun sentyabr ayı ərzində rayonun Qızmeydan, Hacılı və Əhmədli kəndlərində səyyar qəbul-görüşləri keçirilib

28 sentyabr 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar görüşlərin keçirilməsi davam edir.

Sentyabr ayı ərzində növbəti belə görüşlər rayonun Qızmeydan, Hacılı və Əhmədli kəndlərində keçirilmişdir.

Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak etmişlər.

Görüş zamanı sakinlər kənddaxili elektrik xətlərinin yenilənməsi, kəndin içməli və texniki su təminatı, kənddə həkim məntəqəsinin inşası, zəlzələ zamanı zərər dəymiş evlərinin təmiri və digər müraciətlərlə çıxış ediblər.

Görüş zamanı sakinlərin arzu və istəkləri həssaslıqla dinlənilərək onları narahat edən məsələlərin aradan qaldırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər