Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rayonun Həmyəli və İkinci Çaylı kəndlərində səyyar qəbul-görüşü keçirilib

20 oktyabr 2022 | 16:25

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul rayonun Həmyəli və İkinci Çaylı kənd sakinləri ilə keçirilib.

Səyyar qəbullarda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayonun təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Qəbullarda Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə, o cümlədən Şamaxıda aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə kənd sakinlərinə məlumat verib.

Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər