Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qonaqkənd kəndində keçirilib

29 sentyabr 2022 | 14:37

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul rayonun Qonaqkənd kəndində keçirilmişdir.

Qəbulda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər