Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Yusif Məmmədəliyev qəsəbəsinin sakinləri ilə keçirilib

27 avqust 2026 | 18:10

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Yusif Məmmədəliyev qəsəbə sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Yusif Məmmədəliyev qəsəbə sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərdindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Yusif Məmmədəliyev qəsəbə sakinləri tərəfindən əsasən qəsəbədə həkim məntəqəsinə həkim təyin olunması, su və kanalizasiya sisteminin təkmilləşdirilməsi, yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, elektrik və işıqlandırma məsələlərinin həlli, eləcə də abadlıq və yaşıllaşdırma işlərinin aparılması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər