Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Ərçiman kənd sakinləri ilə keçirilib

09 iyul 2026 | 17:04

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Ərçiman kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Ərçiman kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Ərçiman kənd sakinləri tərəfindən əsasən kəndə gedən yolun bərpası, kəndin qazlaşması, kənd ümumi orta məktəbinin tam orta məktəbinə çevrilməsi, kənd məscidinin bərpası və kənd tibb məntəqəsinə ixtisaslı tibb işçisinin təyin olunması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər