Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Əngəxaran kənd sakinləri ilə keçirilib

24 sentyabr 2026 | 17:37

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Əngəxaran kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Əngəxaran kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Əngəxaran kənd sakinləri tərəfindən əsasən mərkəzləşdirilmiş su şəbəkəsinin qurulması, kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Kənd sakini Bilal Bəkirov sakinlər və öz adından rayon icra hakimiyyəti başçısı Tahir Məmmədova Şamaxının inkişafı və tərəqqisinə verdiyi dəyərli tövhələrinə görə plaket təqdim edərək minnətdarlığını bildirib.

Keçidlər