Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Çöl Göylər kənd sakinləri ilə keçirilib
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Çöl Göylər kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Çöl Göylər kənd sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Çöl Göylər kənd sakinləri tərəfindən əsasən kənddə elektrik enerjisi təsərrüfatının yenilənməsi, həmçinin kənd tibb məntəqəsinin inşası ilə bağlı müraciətlər səslənib.






