Şriftin ölçüsü :

Saytın rəngi :

Pakistan Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti Şamaxı rayonunda olublar

23 noyabr 2023 | 16:39

23 noyabr 2023-cü il tarixində Pakistan Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Şamaxı rayonunda olublar.

Səfərin məqsədi ölkəmizin idarəetmə strukturu, sosial-iqtisadi siyasəti və höküməti tərəfindən təqdim edilən xidmətlərlə yaxından tanış olmaqdan ibarətdir.

Qonaqlar öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüblər. Görüşdə qonaqlara Şamaxının tarixi və bugünki inkişaf istiqamətləri ilə bağlı məlumat verilib.

Sonra nümayəndə heyəti Şamaxının qədim tarixi abidələrini, o cümlədən Cümə Məscidini, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsini və Kələxana türbələr kompleksini ziyarət ediblər.

Keçidlər