“Nurlu ömrün anları” tamaşası Şamaxıda nümayiş olunub
Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə iyulun 19-da Şamaxı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Nurlu ömrün anları” tamaşası nümayiş olunub.
Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Müstəqil Vətənin Memarı” adlı poeması əsasında quruluş verdiyi səhnə əsəri Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətindən bəhs edir.
Tamaşada Əməkdar artist Esmiralda Şahbazova, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Sevinc Hüseynova, Bəhruz Cabarzadə, Arzuman Tanrıverdi, Güney Əliyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Sevinc Bəxtiyar, Zəki Fətəliyev, Anar Buludov, Səbinə İmanverdiyeva, Fərid Vəliyev və Samir Əliyev iştirak ediblər.
Tamaşa izləyiçilər tərəfindən alqışlarla qarşılanıb.