Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir Rəşad Nəbiyev Şamaxıda vətəndaşlarla görüşəcək

24 iyun 2022 | 17:47

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 10:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 37) Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün iyunun 30-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655), elektron poçtu (mincom@mincom.gov.az) və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Keçidlər