Şriftin ölçüsü :

Saytın rəngi :

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Şamaxıda səfərdə olub

08 iyul 2022 | 09:02

İyulun 7-də Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Şamaxıda səfərdə olub.

Səfər çərçivəsində səfir Kələxana türbələr kompleksi və Şahxəndan türbəsini ziyarət edib.

Səfirə Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan arxeoloji tədqiqat işləri və türbələrin tarixi haqqında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Kələxana arxeoloji ekspedisiyasının rəisi professor Qafar Cəbiyev geniş məlumat verib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşdə rayonun tarixi, sosial-iqtisadı inkişafı, ictimai mədəni həyatı barədə həmçinin Meksika Azərbaycan əlaqələrindən danışılıb.

Keçidlər