Mədəniyyət naziri Şamaxıda vətəndaş qəbulu keçirəcək
08 yanvar 2025 | 16:14
Mədəniyyət naziri Adil Kərimli yanvarın 17-si saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) vətəndaş qəbulu keçirəcək.
Qəbulda Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar yanvarın 13-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.