Şriftin ölçüsü :

Saytın rəngi :

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə “Milli-siyasi intibahın başlandığı gün” adlı tədbir keçirilib

14 iyul 2025 | 18:20

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 14 iyul 2025-ci il tarixində Şamaxı rayonunda Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə “Milli-siyasi intibahın başlandığı gün” adlı tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək onun əziz xatirəsi ehtiramla yad ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatında davam edib.

Çıxış edənlər - Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, Partiya veteranı Nəzakət Abdulrazaqova, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev və YAP Şamaxı rayon təşkilatının 9 saylı ərazi partiya təşkilatının sədri Şasəddin Mikayılov – Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində oynadığı müstəsna roldan, dövlət quruculuğunda və milli şüurun formalaşmasında göstərdiyi xidmətlərdən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti yalnız bir dövrü deyil, bu günün və gələcəyin əsaslarını müəyyən edən strateji xətt olmuşdur. Natiqlər Ümummilli Lider Heydər Əliyevin təhsilə, gənclərə və vətənpərvərlik tərbiyəsinə verdiyi önəmi xüsusi vurğulayıblar. Bildirilib ki, onun irsi bu gün də dövlət siyasətində əsas istiqamət kimi yaşamaqdadır və Yeni Azərbaycan Partiyasının fəaliyyətinə ideoloji dayaq rolunu oynayır.

Keçidlər