Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib

26 iyun 2025 | 09:15

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abbasov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin komandiri İskəndər İskəndərov, Şamaxı Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Nəsirov, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Silahlı Qüvvələr Gününün əhəmiyyətindən bəhs edərək, Azərbaycan Ordusunun gücünü, xalqın orduya olan etimadını və dövlət başçısının rəhbərliyi ilə əldə olunan tarixi uğurları vurğulayıblar.

Tədbirdə şəhid anası Quliyeva Qənirə, şəhid atası Rza Nəbiyev və Vətən müharibəsi qazisi Elvin Məmmədli də çıxış edərək, şəhid və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər. Onlar, torpaqlarımızın azadlığı uğrunda canından keçən və döyüşən hər bir vətən övladının daim qəlblərdə yaşayacağını vurğulayıblar.

Tədbir çərçivəsində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları Fəxri Fərmanlarla təltif olunublar.

Keçidlər