İsmayıllı “DOST Evi” filialı tərəfindən Şamaxı rayonuna səyyar xidmət təşkil olunub
İsmayıllı “DOST Evi” filialı tərəfindən Şamaxı rayonuna səyyar xidmət təşkil olunub
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı tərəfindən həyata keçirilən növbəti səyyar xidmətin ünvanı Şamaxı Yaradıcılıq Mərkəzi olub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan Regional filialının müdiri Vüsal Məmmədov, aidiyyəti qurumların nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Vətəndaşlara İsmayıllı DOST Evi filialının fəaliyyəti, benefisiarlar üçün təqdim olunan xidmətlər və müraciət qaydaları barədə məlumat verilib.
Tədbir çərçivəsində iştirakçılarla maarifləndirici görüşlər kecirilib. Eyni zamanda həssas qruplardan olan şəxslər üçün filialda mövcud olan təlim istiqamətləri üzrə master-klaslar təşkil olunub.
Tədbir bölgədə yaşayan vətəndaşların filialda göstərilən xidmətlərlə tanışlığına şərait yaratmaq və bu imkanlardan faydalanmalarını təşviq etmək məqsədilə həyata keçirilib.






