II Milli Qurama Festivalı çərçivəsində Şamaxıda tədbir keçirilib
2020-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən olan “Qurama” sənətinin yenidən bərpa olunmasına start verilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan “Qurama” sənətinə yeni həyatın verilməsidir.
25 Avqust 2023-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Şamaxl Yaradıcılıq Mərkəzində II Milli Qurama Festvalı çərçivəsində tədbir keçirilib.
Şamaxı şəhərinin girişində Qurama yürüşü ilə başlanan tədbir Şamaxı Yaradıcılıq Mərkəzində davam etdirilib. Tədbirdə sərgi, quramaların hazırlanması barədə ustad dərsləri və dekorativ sənət nümunələri nümayiş olunub, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkası təşkil edilib.
Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.