Şriftin ölçüsü :

Saytın rəngi :

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib

20 sentyabr 2024 | 18:26

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sentyabrın 20-də Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Şamaxı, Qobustan və Ağsu rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Şamaxı rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Şamaxı Filialının rəhbərinin, Şamaxı, Qobustan və Ağsu Rayon Mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən icbari tibbi sığorta hesabına müayinə-müalicə, orqan transplantasiyası, tibbi göndərişlərin verilməsi, dərman təminatı, əlillik məsələləri, təchizat, iş və əmək münasibətləri haqqında olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Keçidlər