Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində Şamaxıda ağacəkmə aksiyası keçirilib

17 mart 2023 | 14:07

Şamaxı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə martın 17-də Şamaxıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Aksiyada Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşklatının sədri Tural Qasımlı və partiyanın gənc fəalları iştirak ediblər.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyində Şəhidlər xiyabanının ətrafında keçirilən aksiyada 150 ədəd şam ağacı əkilib.

Keçidlər