Gənclər və idman naziri Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib
14 yanvar 2023 | 17:34
Yanvarın 14-də gənclər və idman naziri Fərid Qayıbov Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.