Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar mədəniyyət işçisi Fatmaxanım Quliyevanın 80 illik yubileyi keçirilib

27 may 2024 | 14:54

Şamaxı Rayon Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi Fatmaxanım Quliyevanın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Öncə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Universitet Təhsilli Qadınlar İctimai Birliyin sədri Nigar Aslanova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı RİH yanında İctimai Şuranın sədri Eybalı Ağayev, Veteran təhsil işçisi Şahvələd Hüseynov və iş adamı Hacı Quliyev Fatmaxanım Quliyevanın yaşadığı səmərəli ömür yolundan, dövlətçiliyimizin və xalqımızın maraqları naminə göstərdiyi xidmətlərdən geniş söhbət açaraq yubilyarın həyatının hər bir gənc üçün örnək olduğunu qeyd ediblər.

Tədbirdə yubilyara müvafiq fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Fatmaxanım Quliyeva çıxışında keçdiyi ömür yolundakı xidmətlərinə görə təltiflərlə bağlı ölkə rəhbərliyinə və 80 illik yubiley tədbirinin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Rayonun mədəniyyət və incəsənət kollektivlərinin nümayəndələrinin ifasında konsert proqramı tədbir iştirakçılarına təqdim olunub.

Keçidlər