Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Şamaxı rayonunda vətəndaş qəbulu keçirib

05 oktyabr 2022 | 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov növbəti vətəndaş qəbulunu Şamaxı rayonunda keçirib.
 
Fondun sədri Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
 
Vətəndaşların müraciətləri əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb. Bəziləri yerində həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.
 
Fondunun sədri Himalay Məmişovun Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, I Qarabağ və Vətən müharibəsi zamanı aldıqları xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərlə görüşləri davam edir.
 
Qəbuldan sonra Fond sədri Şamaxı şəhərində bu kateqoriyadan olan şəxslərin bir qrupu ilə görüşüb, onların sosial vəziyyətini öyrənib.
 
DSMF sədri şəhid ailələri, müharibə iştirakçılarının sosial dəstək tədbirləri ilə əhatə olunmasından, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılmasından danışıb.
 
Görüş iştirakçıları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldıqları xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə verilən birdəfəlik ödəmənin də dövlətin onlara göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar.
Keçidlər