Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

16 may 2022 | 15:35

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev mayın 25-də Şamaxı rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar mayın 16-dan 21-dək nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Keçidlər